Gürcüstan sorğu vərəqəsinin ikinci hissəsini Aİ-yə təqdim edib

   Gürcüstan sorğu vərəqəsinin ikinci hissəsini Aİ-yə təqdim edib
  10 May 2022    Oxunub:1013
Gürcüstan Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı sorğu vərəqəsinin ikinci hissəsini təşkilata təqdim edib.
AzVision.az xəbər verir ki, sənədi Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Aİ-nin bu ölkədəki səfiri Karl Hartzelə təhvil verib. Sorğunun ikinci hissəsinin 33 bölmə və 2300-dək sualdan ibarət olduğu bildirilib.

Qeyd edək ki, İ.Qaribaşvili bu ilin martın 3-də Aİ-yə üzvlüklə bağlı müraciət imzalayıb. Qonşu ölkə üzvlük üçün sorğu vərəqəsini aprelin 11-də təhvil alıb. Anketin birinci hissəsi Aİ-nin Gürcüstandakı səfirinə mayın 2-də təqdim olunub.

AzVision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti