Azərbaycan Ukraynaya 20 ton humanitar yardım göndərib - FOTOLAR

   Azərbaycan Ukraynaya    20 ton    humanitar yardım göndərib -  FOTOLAR
  10 May 2022    Oxunub:836
Ukraynanın Dnepr şəhəri Azərbaycandan 20 ton humanitar yardım alıb. AzVision.az xəbər verir ki, bu barədə Dnepr meri Boris Filatov bildirib.
Məlumata görə, humanitar yardımda uzunmüddətli saxlanma üçün qida və dərmanlar var.

Filatov Azərbaycan xalqına minnətdarlığını bildirib. O, Dnepr şəhərinin böyük azərbaycanlı icmasının yaşadığı bir şəhər kimi bu dəstəyi həmişə xatırlayacağını qeyd edib.

"Biz bu köməyə görə səfirliyə və Azərbaycan xalqına səmimi təşəkkürümüzü bildiririk. Burada yarmalar, konservlər, yağlar, unlar və tez xarab olmayan bir çox başqa məhsullar var. Bundan əlavə, səfirlik bizə tibbi ləvazimatlar da göndərib", - bu fikirləri isə "Milli Müdafiə Fondu”nun sədri Natalya Kostyuçenko bildirib.



AzVision.az



Teqlər: Yardım  





Xəbər lenti