"Xankəndidəki atışmaya görə general Karapetyan həbs edilib" - Erməni mediası

   "Xankəndidəki atışmaya görə general Karapetyan həbs edilib" -    Erməni mediası
  11 May 2022    Oxunub:977
Azərbaycanın Qarabağ bölgəsində ermənilərin öz aralarında silahlı insident yaratması barədə məlumat yayılıb. AzVision.az xəbər verir ki, erməni mediası mayın 10-da axşam saat 19:00 radələrində Xankəndidəki meydanlardan birində atışma səslərinin eşidildiyini yazıb.
Qeyd edilir ki, artıq silahlı insidentlə bağlı saxlanılanlar da var.

"Atışma nəticəsində Xankəndi sakininə məxsus avtomobil zədələnib. İş üzrə aparılmış istintaq araşdırmaları nəticəsində cinayət işi başlanılıb. Artıq yerli sakinlərdən birinin saxlanıldığı deyilir. O, iddia edilən cinayəti törətməkdə şübhəli bilinir. Əldə etdiyimiz məlumata görə, "Artsax Müdafiə Ordusu" (2020-ci ilə kimi mövcud olmuş separatçı rejimin keçmiş silahlı birləşmələri-red.) komandirinin keçmiş müavini general-mayor Samvel Karapetyan (Oqanovski) həbs edilib", - "Mamul" saytı yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Xankəndi   İnsident  





Xəbər lenti