Həkim məsləhəti olmadan korset taxanlar üçün VACİB AÇIQLAMA

   Həkim məsləhəti olmadan korset taxanlar üçün    VACİB AÇIQLAMA
  11 May 2022    Oxunub:1025
“İnsanlarda onurğada olan fizioloji əyrilik ya anadangəlmə, ya da sonradan qazanılmış problem kimi özünü büruzə verir”.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, ortoped-travmatoloq, cərrah Sənan Aşırov deyib.

Onun sözlərinə görə, qız uşaqlarında 8-12, oğlanlarda isə 11-13 yaş arasında daha aktiv böyümə getdiyi üçün əyilməyə meyllilik olur: “Ümumilikdə isə konkret yaş aralığı yoxdur. Uşaqlarda daha çox skolioz xəstəliyi üstünlük təşkil edir. Karset taxılması da müayinə nəticəsində məsləhət görülə bilər. Yəni həkim məsləhəti olmadan karset taxılması müalicə üsulu deyil”.

Cərrah xatırladıb ki, masaj yerli əzələlərin qan dövranın yaxşılaşması üçün edilir: "Çünki əzələlər qidalandığı üçün inkişaf yaxşı olur. Skaliozun əyriliyinə görə əzələlər var. Masajlar da növlərinə görə fərqlidir. Müayinə zamanı hansı masaj növünün edilməsi məsləhət görülür. Masajın təsiri var, amma xəstəlik sırf bununla müalicə edilmir. Bütün müalicə üsulları birgə edilməlidir. Üzgüçülükdə onurğa düzəlməz. Sadəcə peşəkar həkim müayinəsindən sonra xəstəlik növünə görə müalicə növü təyin edilə bilər”.


Teqlər:





Xəbər lenti