"S-300 və 2 sursat anbarını vurmuşuq" - Rusiyalı general

   "S-300 və 2 sursat anbarını vurmuşuq" -    Rusiyalı general
  12 May 2022    Oxunub:1023
Rusiya Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı yeni məlumat yayıb. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov brifinq zamanı deyib ki, Rusiya ordusu Xarkov vilayətinin Korotiç rayonunda S -300-ü məhv edib.
"Rusiya Federasiyasının raket qüvvələri Ukraynanın S-300 hava hücumundan müdafiə sistemini, 3 “Smerç MLRS” buraxılış qurğusunu və 2 sursat anbarını vurub. Bundan başqa Ukrayna qoşunlarının 12 komanda məntəqəsi, 405 canlı qüvvə və texnikanın cəmləşdiyi ərazini, 26 artilleriya qurğusu məhv edilib".

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti