Azərbaycan-Ermənistan sərhəd komissiyası Moskvada görüşəcək

   Azərbaycan-Ermənistan sərhəd komissiyası Moskvada görüşəcək
  12 May 2022    Oxunub:1471
Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın iclasının gələn həftə Moskvada keçirilməsi planlaşdırılır.

AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"Bildirmək istəyirəm ki, biz azərbaycanlı həmkarlarımızla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaların yaradılması məsələsindən danışmışıq. Razılıq var ki, mayın 16-17-də Moskvada kommunikasiyalar üzrə görüş keçiriləcək, həmçinin həmin günlərdə Moskvada delimitasiya və sərhəd təhlükəsizliyi üzrə ikitərəfli görüş təşkil olunacaq”, - Mirzoyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti