Qurban Qurbanovdan qələbə şərhi: "Bol qollu oyun oldu"

   Qurban Qurbanovdan qələbə şərhi:    "Bol qollu oyun oldu"
  12 May 2022    Oxunub:849
“Futbolçularımı təbrik edirəm. Baxmayaraq ki, onları oyuna tam motivasiya etmək çətin olur, amma yaxşı qalibiyyət, bol qollu oyun oldu”.
AzVision.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 16-cı turundan təxirə salnmış "Sumqayıt"la oyundan sonra mətbuat konfransında deyib.

O, 5:0 hesablı qələbəni belə şərh edib: “Sumqayıt” matça pis başlamamışdı. Hiss olunurdu ki, oyunu müdafiədən qurmaq istəyirlər. Ola bilər ki, tez qol vurmağımız rəqibin planlarını dəyişdi və bizim üçün oynamaq daha asan oldu. Məqsədimiz futbolçuların performansını qoruyub saxlamaqdır ki, idman formalarından uzaqlaşmasınlar. Hər oyun rotasiyalar edəcəyik ki, mövsümün sonunda hər futbolçu formada olsun".

Q.Qurbanov Patrik Andrade ilə Luka Quqeşaşvili ilə danışıqların dacam etdirildiyini bildirib: "Danışıqlar hələ davam edir. Dəqiq bir fikir bildirə bilməyəcəyəm".

AzVision.az



Teqlər:





Xəbər lenti