“Twitter” xərcləri azaldır və işə qəbulu dayandırır

  “Twitter” xərcləri azaldır və işə qəbulu dayandırır
  13 May 2022    Oxunub:747
“Twitter” şirkəti işə qəbulu dayandırıb və xərcləri azaltmaq yollarını axtarır ki, bu da iki yüksək səviyyəli menecerin işdən getdiyini elan etməsinə səbəb olub. AzVision.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” şirkətin icraçı direktorunun qeydlərinə istinadən məlumat yayıb.
“Bu həftədən etibarən kritik biznes işləri istisna olmaqla, əksər istiqamətlərə işçi qəbulunu dayandırırıq. “Twitter” podratçılar və məsləhətçilər, səyahət, marketinq, daşınmaz əmlak, infrastruktur və digər əməliyyat xərclərinə ayırlna vəsaitərin azaltmağı planlaşdırır”, - icraçı direktor qeyd edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Twitter  





Xəbər lenti