Ben Uolles: “Ukraynada münaqişə onilliklər ərzində həll olunmamış qala bilər”

      Ben Uolles:    “Ukraynada münaqişə onilliklər ərzində həll olunmamış qala bilər”
  13 May 2022    Oxunub:847
“Ukraynadakı münaqişə uzun onilliklər ərzində həll olunmamış qala bilər”.
AzVision.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles məlumat verib.

“Hadisələrin inkişafı üçün iki növ ssenari görə bilərsiniz. 50 ildir davam edən dondurulmuş münaqişənin formalaşdığı Koreya versiyası var: Şimali və Cənubi Koreyanı bir-birindən divar ayırır. Vyetnamdakı münaqişə təcrübəsi də var ki, orada kobud texniki hesablamalarla tərəflərdən biri öz ambisiyalarından əl çəkməyə məcbur edildi. ABŞ, bildiyimiz kimi, 15 il itkilər verdi, sonra siyasi vəziyyətdə dəyişiklik oldu, qalanı isə tarixdir.”-deyə, Ben Uolles bildirib.

Uolles hesab edir ki, Ukraynadakı döyüşlər zamanı Rusiya ordusu tükənə bilər və bunun nəticəsində Rusiya rəhbərliyi Ukrayna hakimiyyəti ilə danışıqlar aparmalı olacaq.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Ukrayna   Münaqişə  





Xəbər lenti