FHN əməkdaşı Ağdamda minaya düşdü

   FHN əməkdaşı Ağdamda minaya düşdü
  13 May 2022    Oxunub:252
Bu gün Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatı zamanı Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Döyüş və xüsusi hazırlıq idarəsinin istehkam və pirotexniki hazırlıq şöbəsinin rəisi kapitan Süleyman Vaqif oğlu Heydərov piyada əleyhinə minanın partlaması nəticəsində xəsarətlər alıb.
Bu barədə AzVision.az - a FHN-dən məlumat verilib.

Qeyd olunub ki, təcili olaraq həkim nəzarətinə götürülən yaralıya bütün lazımi tibbi yardım göstərilir.

Şahanə Rəhimli
AzVision.az

Teqlər:







Xəbər lenti