Paşinyan ailəsi reketçilik edirmiş: Akopyanın fondu ifşa olundu

         Paşinyan ailəsi reketçilik edirmiş:    Akopyanın fondu ifşa olundu
  14 May 2022    Oxunub:1412
Ermənistanın aparıcı nəşrlərindən olan "Joğovurd" baş nazir Nikol Paşinyanın ailəsi haqqında qalmaqallı iddia irəli sürüb. Qəzet yazır ki, Paşinyanın həyat yoldaşı Anna Akopyan əslində göründüyü kimi sadə biri deyil, müəyyən vasitələrlə "fondçuluq"la məşğul olaraq milyonlarla gəlir əldə edir.
Etirazçılar Anna Akopyana bəzək əşyaları gətirdilər - VİDEO
Müəllif qeyd edir ki, 2018-ci ildə ölkədə siyasi dəyişikliklərdən sonra “Mənim addımım” blokunun, daha sonra isə parlament fraksiyasının siyasi meydanda görünməsi ilə paralel olaraq daha bir “Mənim addımım” ideyası yarandı. Bu, baş nazirin həyat yoldaşı Anna Akopyanın təşəbbüsü ilə yaradılmış xeyriyyə fondudur.

"Parlamentin keçmiş deputatı Mxitar Ayrapetyan hazırda “Mənim addımım”ın direktoru, xanım Akopyan isə qəyyumlar şurasının sədridir. 2018-ci ildən bəri fonda bir neçə yüz min köçürmə olub. Onların bəziləri anonim idi. “Mənim Addımım” Fondunun rəsmi saytında verilən məlumata görə, 2018-ci ildə fonda 510 min ABŞ dolları və 77 milyon 503 min dram köçürülüb. Yeri gəlmişkən, 510 min dollardan 500 min dollara qədər birdəfəlik köçürmə olub. 2019-cu ildə 258 197 000 dram, 50 200 ABŞ dolları və müəyyən miqdarda avro valyutası anonim şəkildə köçürülüb. 2020-ci ildə 10 311 000 dram və 1 019 ABŞ dolları, 2021-ci ildə isə 305 000 dram anonim şəkildə köçürülüb", - nəşr yazıb.

Həmçinin fonddan "Joğovurd"a məlumat verilib ki, kartdan köçürülmə edən zaman zamanı donorun anonim qalmaq və ya xeyriyyə təşkilatının kim olduğunu göstərməmək imkanı var və fondun nümayəndələrinin pul köçürməsinə mane olmaq hüququ yoxdur, bu, donorun şəxsi seçimidir.

"Təbii ki, ola bilsin fonda pul köçürənlər arasında həqiqətən də xeyriyyəçiliklərindən heç kimin xəbəri olmasını istəməyənlər də var. Amma göründüyü kimi bu proseslər şəffaflıq baxımından həqiqətən problemli görünür. Xüsusən də işin içində baş nazirə birbaşa bağlılığı olan adam varsa bir sıra suallar meydana çıxır. Çünki "donor" birdən birə böyük məbləğdə məsələn, yarım milyon dollar köçürüb. Xristian normaları xeyriyyəçiliyi anonimlik saxlamaqla etməyi məsləhət bilir. Lakin Ermənistandakı siyasiləşmiş fondlar fonunda şübhəsiz ki, bu model işləmir", - müəllif yazıb.

Qeyd edilir ki, Paşinyan və komandası bu cür fondlara qarşı çıxıb və bu sistemi "reketçilik" hesab ediblər.

Bu məntiqlə isə o zaman belə anlaşılır ki, baş nazirin xanımı Anna Akopyanın yaratdığı fonda da iş adamları məcburi köçürmələr ediblər.

"Belə versiya da mümkündür ki, artıq keçmiş iqtidara bağlı iş adamları və ya biznesmen məmurlar hakimiyyətlə əl sıxmağın açarını Paşinyanla bu cür anlaşmaqda tapıb. Yəni Anna Akopyanın yaratdığı fonda nələrsə verirlər. Bir sözlə, Nikol Paşinyanın rədd etdiyi "reketçilik" sistemi konkret olaraq onun həyat yoldaşının yaratdığı fondda özünü göstərir. Anna Akopyana milyonlarla dollar pul axır. Nəyə görə, hansı xidmətə görə?", - "Joğovurd"un məqaləsində yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Ermənistan   Fond   Reket  





Xəbər lenti