“Polkovnikin təyinatı uğurlu addımdır” – Hərbi analitik

   “Polkovnikin təyinatı uğurlu addımdır” –    Hərbi analitik
  14 May 2022    Oxunub:5655
“Qarabağ Regional Təhsil İdarəsinə ehtiyatda olan polkovnik Gündüz Əbdülovun rəhbər vəzifəyə təyin olunması dövlətimiz adına uğurlu bir addımdır. Belə vətənpərvər, dürüst və vicdanlı yeni kadrların iş başında olması dostlarımıza güvən, düşmənlərimizə göz dağıdır!”
Bu sözlər hərbi analitik Alp Arslan İmamquluya aiddir. O bildirib ki, Gündüz Əbdülov əslən şuşalıdır. Türkiyə Milli Müdafiə Universitetinin sistem mühəndisliyi üzrə bakalavr dərəcəsi var. Bundan başqa, Amerika Birləşmiş Ştatlarının Komanda Qərargah Akademiyasında operativ və strateji səviyyələrdə idarəetmə təhsili alıb. Uzun müddət Brüsseldə NATO-nun Baş Qərargahında Azərbaycanı müvəffəqiyyətlə təmsil edib.

Torpaqlarımızın işğalda olduğu dövrdə Gündüz Əbdülov Beyləqan və Ağdamda ön xətdə xidmət edib.

Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin müavini olarkən inkişaf etmiş dövlətlərlə hərbi təhsil sahəsində əlaqələrin gücləndirilməsi ilə müasir standartlara uyğun kadrların yetişdirilməsinə töhfə verib.

Bunlardan başqa, polkovnik Əbdülov zabit kimi aprel döyüşlərinin, TƏBİB-in aparat rəhbəri kimi isə vətən müharibəsinin iştirakçısı olub.

“Polkovnik Gündüz Əbdülov cənablarına yeni vəzifəsində uğurlar diləyirik!”,- deyə hərbi analitik vurğulayıb.



Teqlər: Təhsil  





Xəbər lenti