"Avroviziya-2022"nin qalibi Ukrayna oldu

  "Avroviziya-2022"nin qalibi Ukrayna oldu
  15 May 2022    Oxunub:704
İtaliyanin Turin şəhərində keçirilən 66-cı "Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib.
AzVision.azxəbər verir ki, ümumilikdə 25 ölkənin vəsiqə qazandığı final mərhələsində 631 səslə Ukrayna (Kalush Orchestra - Stefania) bütün rəqiblərini qabaqlayaraq müsabiqənin qalibi olub.

Britaniya ikinci, İspaniya isə üçüncü olub.

Azərbaycan təmsilçisi Nadir Rüstəmli 106 səslə müsabiqədə 16-cı olub. Yunanıstan, Serbiya və İspaniya milli münsiflər heyəti Azərbaycana 12 səs verib.



***
23:00
İtaliyanın Turin şəhərində “Avroviziya-2022” mahnı müsabiqəsinin finalı keçirilir.

AzVision.az xəbər verir ki, finalda ümumilikdə 26 ölkə iştirakçısı çıxış edəcək.

Müsabiqədə Azərbaycanı "Fade to black" mahnısı ilə təmsil edən Nadir Rüstəmli səhnəyə 15-ci çıxacaq.



AzVision.az

Teqlər:







Xəbər lenti