"Azovstal"a mərmilər yağış kimi yağdı - VİDEO

   "Azovstal"a mərmilər yağış kimi yağdı -    VİDEO
  16 May 2022    Oxunub:1716
Rusiya aviasiyası Ukraynanın Mariupol şəhərindəki "Azovstal" zavoduna növbəti dəfə hücum edib. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, mühasirəyə alınmış "Azovstal" polad zavoduna “mərmi yağışı” yağıb.

"Zavodun müdafiəsini təşkil edən komandir hərbçi yoldaşlarının kabuslu vəziyyətindən danışıb. Mariupolu yerlə-yeksan edən rus hücumlarına baxmayaraq "Azov" alayının qoşunları dağılmış sənaye sahəsinin altında yerləşən bunkerləri təslim etməkdən imtina edirlər. Komandirin müavini, kapitan Svyatoslav Palamar isə deyib ki, "Biz yorulmuşuq, amma sınmırıq!", - məqalədə yazılıb.


Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Rusiya   Azovstal  





Xəbər lenti