Finlandiyadan NATO yolunda daha bir addım

   Finlandiyadan NATO yolunda daha bir addım
  17 May 2022    Oxunub:1027
Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ölkənin NATO-ya daxil olması üçün ərizəni imzalayıb.
AzVision.az xəbər verir ki, bundan dərhal əvvəl Finlandiya Prezidenti Sauli Niinistö Stokholmdan videobağlantı vasitəsilə ölkə parlamentinin alyansa qoşulması ilə bağlı qəbul etdiyi qərarı rəsmən təsdiqləyib.

Qeyd edək ki, bu gün Finlandiya parlamenti NATO-ya üzv olmaq təklifini dəstəkləyib, 188 deputat lehinə, 8-i isə əleyhinə səs verib. Sənədlər mayın 18-i Brüsselə təhvil veriləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti