İrəvanda genişmiqyaslı mitinq başlayıb - CANLI

   İrəvanda genişmiqyaslı mitinq başlayıb -  CANLI
  17 May 2022    Oxunub:1492
Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarları İrəvanda genişmiqyaslı mitinqə başlayıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
İrəvandakı aksiyada gülməli anlar- VİDEO
Bildirilir ki, bu dəqiqələrdə etirazçıların müvəqqəti qərargahının yerləşdiyi Fransa meydanında yüzlərlə müxalifətçi toplaşıb.

"Onların sayı hər dəqiqə artır. Meydana bağlı küçələrdə yüzlərlə polis əməkdaşı xidmət edir. Onlar etirazçıların fəaliyətinə müdaxilə etmirlər", - saytlar yazıb.

Qeyd edək ki, bu gün səhər müxalifət İrəvanın bir çox rayonlarında “itaətsizlik aksiyaları” təşkil edib. Yüzlərlə etirazçı şəhəri iflic vəziyyətə salmaq üçün küçə və yolayrıclarını bağlayıb. Müxalifətçilərlə polis arasında toqquşmalar da baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, mitinqlərdə 400-dən çox adam saxlanılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Mitinq   Ermənistan  





Xəbər lenti