Zelenski Makronla Ukrayna münaqişəsini müzakirə edib

Zelenski Makronla Ukrayna münaqişəsini müzakirə edib
  17 May 2022    Oxunub:1009
Ukrayna Prezidenti Volodimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. AzVision.az xəbər verir ki, bu barədə Zelenski sosial şəbəkələrdə məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Ukraynaya hərbi yardımlar, ukraynalı hərbçilərin “Azovstal”dan çıxarılması, Kiyevin kənd təsərrüfatı məhsullarının ixracı imkanları və danışıqlar prosesinin perspektivlərini müzakirə olunub.

- Makron münaqişənin gedişi, "Azovstal" zavodundan hərbçilərin xilas edilməsi əməliyyatı və danışıqlar prosesinin perspektivlərinə baxış haqqında danışdı. O, Ukraynaya yanacaq tədarükü məsələsinə də toxundu, - Zelenski yazıb.

O, həmçinin bildirib ki, tərəflər Ukraynanın Aİ-yə namizəd statusu ilə bağlı müraciətini müzakirə ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Fransa  





Xəbər lenti