İrəvanda polisə "kəllə atan" mitinq iştirakçısı axtarışa verildi

   İrəvanda    polisə "kəllə atan"    mitinq iştirakçısı axtarışa verildi
  18 May 2022    Oxunub:1415
Ermənistanın hüquq-mühafizə orqanları mitinqlərdə iştirak etmiş İrəvan sakinini axtarışa veriblər. O, 35 yaşlı Qeqam Karapetyan adlı həmin şəxs polisə qarşı zorakılıq tətbiq etməkdə ittiham olunur.
İrəvanda əsgər valideynləri ilə polis toqquşdu - VİDEO
AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, Karapetyanın cinayət əməli mayın 11-də müxalifət tərəfdarlarının paytaxt meriyasının binasına girişi bağladıqları zaman baş verib.

"İstintaq Komitəsinin məlumatına görə, həmin şəxs əvvəllər müxtəlif cinayətlərə görə 4 dəfə cinayət məsuliyyətinə cəlb edilib. Şəhər meriyasında keçirilən aksiya zamanı o, polisin qanuni tələblərinə tabe olmaqdan boyun qaçırıb, zor tətbiq edib, həmçinin başı ilə onlara zərbə endirməyə cəhd edib. İndi Karapetyana qarşı ittiham irəli sürülüb və o axtarışa verilib. İbtidai istintaq davam edir, onun tapılması istiqamətində tədbirlər görülür", - məqalədə yazılıb.

Qeyd edək ki, artıq bir neçə həftədir ki, İrəvanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir. Etirazçılar vaxtaşırı küçələri, yolları bağlayır, yürüşlər təşkil edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Polis   Mitinq  





Xəbər lenti