Ermənistan aeroportunda mina həyəcanı

   Ermənistan aeroportunda mina həyəcanı
  18 May 2022    Oxunub:1741
Ermənistanda aeroportun partladılacağı ilə bağlı xəbər yayılıb. Yerli media yazır ki, bu dəqiqələrdə Ermənistan Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinə "Zvartnots" Beynəlxalq Hava Limanının ərazisinin minalanması barədə məlumat daxil olub.
Nazirliyin mətbuat katibi Hayk Kostanyanın sözlərinə görə dərhal əraziyə xüsusi qrup göndərilib.

- Saat 15:05-də "Zvartnots" hava limanına hava limanının ərazisinin minalanması ilə bağlı elektron poçta mesaj göndərilib. Hazırda Fövqəladə Hallar Nazirliyinin xüsusi qrupu, mühəndis briqadaları, kinoloq və psixoloqları hadisə yerində işləyirlər, - FHN rəsmisi deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti