Pentaqondan Qərbə çağırış: Kiyevə hərbi yardımı artırın

   Pentaqondan Qərbə çağırış:    Kiyevə hərbi yardımı artırın
  23 May 2022    Oxunub:783
Qərb dövlətləri Kiyevə hərbi yardımı artırmalı, həmçinin Ukraynada qarşıdan gələn çağırışlar üçün planlar hazırlamalıdır.
AzVision.az xəbər verir ki, belə bir bəyanatla ABŞ-ın müdafiə naziri Lloyd Ostin çıxış edib. “Ukrayna silahlı qüvvələrinin bizim davamlı dəstəyimizə ehtiyacı olacaq. Birləşmiş Ştatlar uzun müddət Ukraynanın yanında olmağa sadiqdir. Buna görə də prezident (ABŞ Cozef Bayden – Red) bu yaxınlarda Ukraynaya yardım üçün 40 milyard dollarlıq maliyyə layihəsi imzaladı”, - deyə o bildirib.

Bundan əlavə, o vurğulayıb ki, Qərb Ukrayna qüvvələrini bir çox yeni vasitələrdən istifadə etməyə hazırlamağa başlamağa ümid edir. Ostin hansı hərbi texnikadan söhbət getdiyini açıqlamayıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: ABŞ   Ukrayna  





Xəbər lenti