BMT-dən Talibana çağırış: "Qadınlar təzyiq siyasətindən əl çəkin"

      BMT-dən Talibana çağırış:    "Qadınlar təzyiq siyasətindən əl çəkin"
  24 May 2022    Oxunub:1243
BMT Təhlükəsizlik Şurası Talibanın qadın və qızların hüquqlarının pozulması siyasətini pisləyib. AzVision.az xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının mətbuata yaydığı bəyanatında məlumat verilib.
Hicab qaydalarını pozan əfqanların əri və ya atası həbs ediləcək
"Təhlükəsizlik Şurasının üzvləri Talibanı əfqan qadın və qızlarının hüquqlarını və əsas azadlıqlarını məhdudlaşdıran siyasətlərdən dərhal əl çəkməyə çağırıblar. Onlar həmçinin Talibanı bütün qız tələbələr üçün məktəblərin açılması ilə bağlı öhdəliklərini təxirə salmadan yerinə yetirməyə çağırıblar”, - sənəddə deyilir.

Təhlükəsizlik Şurası Taliban tərəfindən Əfqanıstanda qadınların və qızların hüquq və azadlıqlarının, o cümlədən təhsilə çıxışın, məşğulluğun, hərəkət azadlığının və onların ictimai həyatda iştirakının məhdudlaşdırılması hallarının sayının artması ilə bağlı dərin narahatlıq ifadə edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   BMT   Taliban  





Xəbər lenti