Rəsul Quliyev İsa Qəmbəri istefaya çağırdı

Rəsul Quliyev İsa Qəmbəri istefaya çağırdı
  21 Aprel 2014    Oxunub:1357
Açıq Cəmiyyət Partiyasının (ACP) keçmiş lideri Rəsul Quliyev sosial şəbəkələr vasitəsilə Müsavat başqanı İsa Qəmbərə mesaj göndərib.
AzVision.az-ın məlumatına görə, R.Quliyev facebook şəbəkəsində müsavatçı gənclərlə mübahisə edərək İsa Qəmbər rəhbərliyini istefaya çağırıb.

“Əgər həqiqətən hakimiyyətə gəlmək yolunu Müsavatda görmürsünüzsə deməli həm xalqa ,həm də Müsavat partiyasına qulluq etmək indiki liderlərin istefasından keçir. Müsavata yeni nəfəs gəlməlidir. 20 il məğlub olan insanların döyüş meydanında olması əvvəlcədən növbəti məğlubiyyətdən xəbər verir”-deyə R.Quliyev qeyd edib.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti