Rusiya Müdafiə Nazirliyi desantçıların döyüş kadrlarını yaydı - VİDEO

   Rusiya Müdafiə Nazirliyi desantçıların döyüş kadrlarını yaydı -    VİDEO
  28 May 2022    Oxunub:1328
Rusiya Müdafiə Nazirliyi Hərbi Hava Desant Qüvvələrinin bölmələrinin Ukrayna qoşunları ilə aktiv döyüşə girməsini əks etdirən video yayıb.
AzVision.az xəbər verir ki, nümayiş etdirilən əməliyyat kadrlarında desantçıların ukraynalı hərbçilərin geri oturulmasına cəhd edilir.

Videoda hərbçilər tutduqları Ukrayna səngərindən meşə istiqamətinə atıcı silahlardan atəş açılması əks olunub. O cümlədən snayper və pulemyotlar, qumbaraatanlardan aktiv şəkildə istifadə edilir.

"Rusiya desant qüvvələrinin atışları nəticəsində Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun qarşısı alınıb. Döyüş zamanı desantçılar Ukrayna Silahlı Qüvvələrinin 2 zirehli maşınını sıradan çıxarıb və 20-yə yaxın hərbçisini öldürübməhv ediblər", - Müdafiə Nazirliyinin məlumatında deyilir.


Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Desant   Ukrayna  





Xəbər lenti