Bu sözlər millət vəkili, siyasi şərhçi
Sahib Alıyevə aiddir. Onun fikrincə, cənab Prezident başımıza gətirilən faciələrin məhz müstəqillik elan etməmizdən az sonra baş verdiyini, burada Ermənistanla yanaşı "xarici amil"in rolunun olduğunu elə-belə qabartmırdı. Diqqətə çatdırılırdı ki, bütün bunların baş vermə səbəbi bəlli çevrələrin bizim müstəqil olmamızı istəməmələri ilə bağlıydı. Azərbaycanın torpaqlarını işğaldan azad etməsinin onun müstəqillik potensialının artmasına necə böyük töhfə verdiyini həmin çevrələr bilməmiş deyillər və təbii ki, bundan qıcıqlanırlar. Köçəryan-Sərkisyan cütlüyünü tərəfdarlarıyla birgə İrəvanın küçələrinə salıb, Azərbaycana qarşı cənab İlham Əliyevin təbirincə desək hürdürən də elə onlardır.
“Beləliklə, bu müqəddəs gündə cənab Ərdoğanın ölkəmizə səfəri o deməkdir ki, Türkiyə Azərbaycanın müstəqilliyinə öz özgürlüyü kimi baxır və onu bizimlə birgə göz bəbəyi kimi qorumaq əzmindədir. Kimin necə yanaşmasından asılı olmayaraq, Azərbaycanın müstəqilliyi daha da güclənəcək, bunun üçün qardaş dövlət siyasi, diplomatik və "Tekonofest"də sərgilənən hərbi-texniki dəstəyini əsirgəməyəcək. Təhlükə olarsa, İstanbuldan Bakıya birnəfəsə uçan "Akıncı" kimi anında yanımızda olacaq”,- Sahib Alıyev vurğulayıb.
Teqlər:
Texnofest