Axtarışda olan şəxs ələ keçdi: Oğlu ilə polisə xəsarət yetirdi

   Axtarışda olan şəxs ələ keçdi:    Oğlu ilə polisə xəsarət yetirdi
  18 İyun 2022    Oxunub:743
Lerikdə axtarışda olan şəxs saxlanılıb, oğlu yaba ilə polisə xəsarət yetirib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verlib. Bildirilib ki, iyunun 17-si saat 12 radələrində Lerik rayonunun Zərdəbərə kəndində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə axtarışda olan kənd sakini Vaqif Əliyev polis əməkdaşları tərəfindən saxlanılarkən o və yanında olan oğlu Ruslan tabesizlik göstərib, yaba ilə onlardan birinə xəsarət yetiriblər.

Buna baxmayaraq, polis əməkdaşları tərəfindən V.Əliyev saxlanılıb, oğlu Ruslan hadisə yerindən qaçsa da tutulması təmin edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

AzVision.az



Teqlər: Yaba  





Xəbər lenti