Konaşenkov :Ukraynanın 50-dən çox generalı və zabiti ölüb

     Konaşenkov     :Ukraynanın 50-dən çox generalı və zabiti ölüb
  19 İyun 2022    Oxunub:349
Rusiya qoşunları Dnepropetrovsk vilayətində “Kalibr” qanadlı raketlərlə Ukrayna ordusunun komanda məntəqəsini vurub.

AzVision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin 50-dən çox generalı və zabiti həlak olub.

Konaşenkov qeyd edib ki, son 24 saat ərzində “Kalibr” yüksək dəqiqlikli uzaqmənzilli dəniz raketləri Dnepropetrovsk vilayətinin Şirokaya Daça kəndi yaxınlığındakı Ukrayna qoşunlarının komanda məntəqəsini vurub.

AzVision.az

Teqlər:







Xəbər lenti