Türkiyə mütəxəssisləri Azərbaycan hərbçiləri üçün kurs keçir
22 İyun 2022
Oxunub:256
Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün Türkiyə Silahlı Qüvvələrinin mütəxəssislərinin iştirakı ilə xüsusi mina təmizləmə və axtarma kursu başlanılıb.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, kurs zamanı hərbi qulluqçular xüsusi hazırlanmış mühəndis şəhərciyində minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə bacarıqlarını təkmilləşdirəcəklər.