Türkiyədə meşə yanğını nəzarət altına alınıb

   Türkiyədə meşə yanğını nəzarət altına alınıb
  22 İyun 2022    Oxunub:265
Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda baş verən meşə yanğını böyük ölçüdə nəzarət altına alınıb.
AzVision.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi bildirib.

O, daxili işlər naziri Süleyman Soylu ilə birgə yanğınla mübarizəni bilavasitə bölgədən izləməyə davam edir.

Nazirin sözlərinə görə, yanğınla mübarizəyə 20 helikopter və 14 təyyarə cəlb edilib.

Qeyd edək ki, yanğın iyunun 21-də saat 20.00 radələrində başlayıb və küləyin təsiri ilə ətrafa yayılıb.

AzVision.az

Teqlər:







Xəbər lenti