Teymur Rəcəbovdan heç-heçə

Teymur Rəcəbovdan heç-heçə
  22 İyun 2022    Oxunub:1277
İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində beşinci turun oyunları keçirilir.
AzVision.az xəbər verir ki, Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda çinli Liren Dinq ilə mübarizə aparıb.

Şahmatçımızın növbəti qarşılaşması heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, T.Rəcəbovun bundan əvvəlki turların 3-də görüşləri heç-heçə ilə başa çatıb, 1 oyunda isə məğlub olub. Hazırda şahmatçımızın aktivində 2 xal var.

Xatırladaq ki, iddiaçılar turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.

AzVision.az



Teqlər:





Xəbər lenti