"Oğlum adam öldürməyib ki, niyə istefa verməliyəm?” - Avtoşluq edən əsgərin atası

   "Oğlum adam öldürməyib ki, niyə istefa verməliyəm?” -    Avtoşluq edən əsgərin atası
  23 İyun 2022    Oxunub:273
Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əziz Məlikov xidmət yerini qanunsuz tərk etdiyinə və avtoxuliqanlıq hərəkətləri etdiyinə görə 4 ay müddətinə həbs edilib.
AzVision.az xəbər verir ki, məsələ ilə bağlı Əziz Məlikovun atası, Şamaxı rayon Məlhəm kənd bələdiyyəsinin sədri Soltanpaşa Məlikov Unikal.org-a açıqlama verib: "Bu məsələlərdən sonra əsəbiləşmişəm, şəkərim də qalxıb. Hazırda vəziyyətim yaxşı deyil. Hər şey bir-birinə qarışıb. Mənim oğlum nə edib ki? Adam öldürməyib, bir şey etməyib. Uşaqdır da, bir az gecikməsi olub, qurtardı getdi.

Bəziləri deyirlər ki, oğlumun bu hərəkətinə görə istefa verməliyəm. Məgər, oğlum nə edib ki, işdən çıxım? Hər şey Allahın qismətidir", - deyə o bildirib.





AzVision.az

Teqlər:







Xəbər lenti