ABŞ-da sahildə tapılan məxluq insanları qorxutdu

ABŞ-da sahildə tapılan məxluq insanları qorxutdu
  23 İyun 2022    Oxunub:857
ABŞ-da dəniz sahilində tapılan canlının cəsədi insanları qorxuya salıb.
Oreqondan olan Kristin Tillotson sahil boyu gəzərkən qayaların üzərində dişləri olan balığa bənzər bir məxluq görüb. Amerikalı qadın tapıntısının artıq çürüməkdə olduğu üçün onu tanıya bilməyib və canlının növünü müəyyən etmək üçün fotosunu sosial şəbəkədə paylaşıb.

Sosial şəbəkə istifadəçiləri canlını çox qorxunc olduğunu yazıblar. Dəniz bioloqu isə bildirib ki, qalığı tapılan canlı meymun balığıdır. Bu balıq növü Şimali Amerikanın Sakit okean sahillərində yaşayır.


AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti