Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə köməklik məqsədilə Azərbaycan FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə yaxın saatlarda Türkiyənin Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşəcək.
Hazırda təyyarənin yola salınması üçün hazırlıq işləri gedir. Qeyd edək ki, 2021-ci ilin iyul-avqust aylarında dost ölkədə geniş yayılan meşə yanğınlarının söndürülməsində də Azərbaycan yanğınsöndürənləri iştirak etmiş, eləcə də amfibiya təyyarəsi göndərilmişdi.
AzVision.az
Teqlər:
Təyyarə