“Netflix” Bakıda film çəkdi, qəhrəmanların biri azərbaycanlıdır - VİDEO

  “Netflix” Bakıda film çəkdi, qəhrəmanların biri azərbaycanlıdır -    VİDEO
  23 İyun 2022    Oxunub:369
“Netflix” Bakıda film çəkib.
AzVision.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov feysbukda bildirib.

Onun sözlərinə görə, “Netflix”lə əməkdaşlıq çərçivəsində Bakıda Russo qardaşlarının “The Gray Man” (Boz insan-red.) filminin çəkilişləri baş tutub. Ekran işində baş rolları Hollivud superulduzları Rayan Qoslinq və Kris Evans canlandırıblar.

R. Həsənov qeyd edir ki, film qəhrəmanlarının biri azərbaycanlıdır, lakin süjetin təfərrüatını açıqlamır. Filmin treylerində “Alov qüllələri”ni, həmçinin Praqanın Vitkov parkındakı çəkilmiş səhnələrin birində Azərbaycan bayraqlarını görmək mümkündür.



AzVision.az

Teqlər:







Xəbər lenti