Ermənistanda narkomanların sayı artıb

   Ermənistanda narkomanların sayı artıb
  23 İyun 2022    Oxunub:782
Ermənistanda narkotik istifadəçilərinin sayı artıb. 2022-ci il yanvarın 1-nə olan məlumata görə, ölkədə 7570 narkoman qeydiyyatdadır.
Bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Narkomaniyadan Müalicə üzrə Milli Mərkəzinin direktoru Suren Nazinyan məlumat verib. Onun sözlərinə görə, 2021-ci il yanvarın 1-nə bu rəqəm 7100-ə yaxın olub, yəni bir il ərzində göstərici 500-ə yaxın artıb. Bildirilib ki, qeydiyyatda olan narkomanlardan 4694-ü kannabinoidlərdən (sintetiklər də daxil olmaqla), 2868-i opioidlərdən, 8-i isə kokaindən istifadə edib.

Narkomanların 70 faizini 30 yaşdan 50 yaşa qədər olan vətəndaşlar təşkil edir. Bununla belə, son vaxtlar azyaşlılar və 18-30 yaş qrupu arasında narkomanların sayı artıb. Eyni zamanda, mütəxəssisin qeyd etdiyi kimi, narkomanların böyük əksəriyyəti kişilərdir. Ölkədə qeydiyyatda olan narkomanların cəmi 170-i qadındır.


AzVision.az



Teqlər:





Xəbər lenti