Zəvvarların ilk qrupu Həccə yollandı

   Zəvvarların ilk qrupu  Həccə yollandı
  29 İyun 2022    Oxunub:1658
Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarların ilk qrupu Səudiyyə Ərəbistanına yola düşüb.
AzVision.az xəbər verir ki, ilk qrupu aparacaq təyyarə saat 12:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Himanından Ciddəyə uçub. İlk qrupda 180 nəfər var.

Qeyd edək ki, builki Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub. 30.06.1957-ci il təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.

AzVision.az



Teqlər:





Xəbər lenti