Türkiyə 33 terrorçunun ekstradisiyasını gözləyir

   Türkiyə 33 terrorçunun ekstradisiyasını gözləyir
  29 İyun 2022    Oxunub:1519
"Türkiyə Finlandiya və İsveçdən PKK və FETÖ-nün 33 üzvünün geri qaytarılmasını gözləyir. Bununla bağlı hər iki ölkəyə NATO sammitindən sonra xatırlatma ediləcək". AzVision.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Bəkir Bozdağ deyib.
“Finlandiyada 6 PKK, 6 FETÖ, İsveçdə 10 FETÖ, 11 PKK-çının sənədləri gözlənilir.

Barışıqdan sonra onları yenidən yazacağıq və geri qaytarmalarını xatırladacağıq”, - deyə Bozdağın sözlərini “TRT Haber” sitat gətirib.

Nazir bildirib ki, Türkiyə ümumilikdə 33 PKK üzvünün ekstradisiyasını tələb edib, lakin bu günə kimi nə İsveç, nə də Finlandiya ekstradisiya tələblərinə müsbət cavab verməyib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti