Şəhid ailələri adından Polisimizə təbrik – VİDEO

   Şəhid ailələri adından Polisimizə təbrik –    VİDEO
  02 İyul 2022    Oxunub:2002
“Bütün heyəti ilə şəhid adına ehtiramı olan bir dövlət qurumuna, Daxili İşlər Nazirliyinin əməkdaşlarına xüsusi təşəkkürümüz var. Polis qardaşlarımız şəhid yaxınlarına xüsusi münasibəti, hörməti ilə seçilir. Təsadüfi deyil ki, Qarabağ müharibəsinin ilk şəhidləri də elə Azərbaycan polisi olub, onlar daim Vətənə fədakarlıqları ilə seçiliblər”.
Bu sözlər “Fireland Production”un rəhbəri, vətənpərvərlik mahnılarının söz yazarı kimi tanınan Cəlal Qurbanova məxsusdur. O bildirib ki, "Mənim atam qəhrəmandır" və "Mənim oğlum qəhrəmandır" layihələrinin başladığı ilk gündən bu günə polisimiz şəhid analarına, hər bir şəhid əmanətinə hərbi salamla təzim edir. Onlar bu davranışla hər dəfə analarımızı qürurdan gələn göz yaşlarına qərq edirlər.



“Bunu xüsusilə qeyd etmək istəyirəm. İl ərzində daxili işlər orqanlarında xidmətə qəbul edilən gənclərdən 573 nəfəri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak etmiş şəxslər və şəhid ailələrinin üzvləri olub. Şəhid ailələrinin və özümün adımdan ölkənin taleyindəki hadisələrə, vətəndaşlara münasibətdə qanunları, haqq-ədaləti, xalqı qoruma prinsipləri ilə xidmət göstərən Azərbaycan polisinin peşə bayramını ürəkdən təbrik edirəm. Allah bizim keşiyimizdə duran Azərbaycan polisini qorusun!”,- Cəlal Qurbanov vurğulayıb.



Teqlər: Polis-Günü  





Xəbər lenti