Məşhur marketdə 28 nəfər zəhərləndi

    Məşhur marketdə 28 nəfər zəhərləndi
  04 İyul 2022    Oxunub:1076
Bakıda marketdə kütləvi zəhərlənmə olub.
Hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanında yerləşən "Bolmart" supermarketdə qeydə alınıb.

TƏBİB-dən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, zəhərlənmə səbəbi ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib.

"14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, abmulator müalicə üçün artıq evə buraxılmışlar".

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti