Marketdəki zəhərlənmənin səbəbi açıqlandı - RƏSMİ

  Marketdəki zəhərlənmənin səbəbi açıqlandı -    RƏSMİ
  04 İyul 2022    Oxunub:448
"Bolmart"da zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 15 nəfər təcili yardımla gətirilib.

Bu barədə AzVision.az -a KTM-in mətbuat katibi Elnur Hidayətoğlu məlumat verib. O bildirib ki, həmin şəxslər dəm qazı sızmasından zəhərlənib:
"Cüzi dəm qazı sızması nəticəsində boğulma olub. 15 nəfərə xəstəxanada ilkin yardım göstərilib, hər birinin səhhəti yaxşıdır və artıq evə buraxılıblar".

Aytən Zəhra
AzVision.az

Teqlər:







Xəbər lenti