Ukraynalılar adi dronları "ölüm maşınları"na çevirirlər – VİDEO

Ukraynalılar adi dronları "ölüm maşınları"na çevirirlər –    VİDEO
  05 İyul 2022    Oxunub:440
Ukrayna mediası rus hərbçilərə qarşı daha bir uğurlu əməliyyatın reallaşdırılması barədə məlumat yayıb. Hərbçilərin dronla reallaşdırdıqları qeyri-adi hücum nəticəsində bir neçə əsgərin öldürüldüyü bildirilir. Saytlar əməliyyatın görüntülərini də dərc ediblər.
Dronla qumbaranı səngərə atdı - VİDEO
Bildirilir ki, Xarkov vilayətində Ukrayna Müdafiə Qüvvələrinin tərkibində döyüşən sərhədçilərdən ibarət xüsusi birləşmiş dəstə işğalçıların mövqelərinə hücum edib. Ən azı dörd hərbçi öldürülüb və bir hərbi texnika məhv edilib.



Qeyd edək ki, Ukrayna müharibəsində adi dronlardan istifadə edərək ona mərmilər, əl qumbaraları bərkidilir. Bu üsul müasir müharibələrdə ilk dəfədir ki, istifadə edilir. Əsgərlər adi kvadrakopterlər və ya kiçik hərbi dronlara əl qumbaraları, hətta kiçik ölçülü minamyot mərmilərini bağlayaraq düşmən mövqelərinin üzərindən onu aşağı buraxırlar. Nəticədə heç bir itki vermədən həm hərbi texnikaları vurur, həm də canlı qüvvəni məhv edirlər.

Tural Tağıyev
AzVision.az

Teqlər:   Ukrayna   Dron  







Xəbər lenti