“Kişi söhbəti…” – prezidentin çıxışına reaksiyalar

  25 Aprel 2014    Oxunub : 1164
“Kişi söhbəti…” – prezidentin çıxışına reaksiyalar
Qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev Praqada keçirilən Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının növbəti Sammitində çıxışı zamanı Ermənistan Prezidenti Serj Sərkisyanın Türkiyə ilə bağlı səsləndirdiyi fikirlərə cavab verib.

Prezident İlham Əliyev Sarkisyana: `Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!`, -şəklində cavab verərək onu yerinə oturdub.

Prezidentin bu cavabı sosial şəbəkələrdə məmur kütləsi, eyni zamanda media mənsubları arasında şərh olunub, müxtəlif fikirlər səsləndirilib.

AzVision.az bununla bağlı `Facebook`da yazılan statusları təqdim edir:

Millət vəkili Sahib Alıyev:

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramı çərçivəsində keçirilən sammitdə Ermənistan prezidenti Serj Sərkisyan öz çıxışının bir hissəsini uydurma soyqırımlarına həsr edib. O, bu uydurma olayı tanımaq istəməyən Türkiyəni suçlandıraraq bildirib ki, Avropa İttifaqına daxil olmağa çalışan bir ölkənin öz keçmişi ilə üz-üzə gəlməkdən qaçmağa çalışması paradoksal faktdır. Əslində paradoksal fakt o deyil.

Paradoksal fakt odur ki, Putin təpinən kimi Avropa Birliyilə 3 ildən artıq apardığı danışıqların üstündən xətt çəkərək Gömrük İttifaqında yer alacaqlarını bildirən biri yenidən həmin qurumun düzənlədiyi sammitə qatılıb. Paradoksal fakt odur ki, qərbdəkilər qətiyyətlə Rusiyanın Krımı ilhaqına qarşı çıxdıqları halda bunu dəstəkləyən birisini bu cür mötəbər tədbirə dəvət edərək ona çıxış etmək şansı yaradırlar. Və paradoksal fakt odur ki, Xocalıda törədilən vəhşilikdə əli olduğunu özü söyləyən biri o cür yüksək kürsüdən kimlərisə olmayan soyqırımında suçlandırır. “Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!” Bunu Sərkisyanın sifətinə Azərbaycan Prezidentinin dediyi bildirilir. Əli azərbaycanlıların qanına batan bu erməni terrorçusunu yerində oturtmaqla cənab İlham Əliyev bir daha Ulu Öndərin "Bir millət, iki dövlət" deyiminin sadəcə söz olmadığını ortaya qoydu. Əgər Azərbaycanın dövlət başçısının sərgilədiyi bu təəssübkeşliyi digər türk dövlətlərinin liderləri də sərgiləsəydilər, indi türk dünyası tam fərqli bir durumda idi...”.

Aydın Mirzəzadə, deputat :

“Türk dünyasını layiqincə təmsil edən lider!”

Vüqar Bayramov, iqtisadçı ekpsert:

“Dünən burada baş verənlərini izah etmək üçünsə söz tapmaq çətindir. Ermənistan dövlət başçısı `Şərqi Tərəfdaşlıq` Sammitində çıxışını Yerevanın Moskva ilə yaxınlaşması, Avropa Birliyi ilə danışıqları dayandırması səbəbləri deyil, Türkiyənin ittihamına ünvanlanan qondurma soyqırım üzərində qurur. Halbuki nə Türkiyənin coğrafi baxımdan Şərqi Tərəfdaşlıq Proqramına dəxli var, nə də qondurma soyqırım nə zamansa sözügedən proqramın gündəliyində olub. Azərbaycan Prezidenti İlham Əliyevin isə “Türkiyə burada yoxdur, mən buradayam deyərək” Ermənistan dövlət başçısına sərt cavab verməsi nəinki qürurvericidir, məncə, hətta bir neçə gün öncə baş naziri ermənilərə baş sağlığı verən Türkiyə üçün də az əhəmiyyətli deyil”.

Vüsal Məmmədov, AzVision.az saytının baş redaktoru

“Bizim millət olaraq passionarlığımız yoxdur. Əgər Sərkisyana həmin sözləri məsələn, Ərdoğan demiş olsaydı... bah!!! indi Türkiyə qaynayırdı. Camaat küçələrə axışmışdı, "Ərdoğan - Praqanın Fatehi" kimi sloqanlar yazılmışdı, davul çalub, halay vururdular, patriotik mahnılar oxuyurdular... Minlərlə insan onu qarşılamaq üçün aeroporta axışacaqdı... Amma biz? Heç nə!”

Sənan Nəcəfov, QHT təmsilçisi:

“Kişi söhbəti...

Prezident İlham Əliyev Sarkisyana: Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!” Prezident İlham Əliyev Praqada keçirilən Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının növbəti Sammitində çıxış edərək Ermənistan Prezidenti Serj Sərkisyanın Türkiyə ilə bağlı səsləndirdiyi fikirlərə cavab verib”.

AzVision.az


Teqlər: