"Qarabağ" tarix yazaraq növbəti mərhələyə adladı - YENİLƏNİB

 "Qarabağ" tarix yazaraq növbəti mərhələyə adladı -  YENİLƏNİB
  12 İyul 2022    Oxunub:2957
"Qarabağ" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxıb.
AzVision.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Polşa "Lex"ini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan qarşılaşma "köhlən atlar"ın 5:1 hesablı qələbəsi ilə başa çatıb.

21:40
Bakıda "Qarabağ" və Polşanın "Lex" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" 5-ci qolu vurub.

21:25
Bakıda "Qarabağ" və Polşanın "Lex" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 5-cı qol vurulub.


AzVision.az-ın məlumatına görə, Ağdam təmsilçisindən Kevin Medina 3-cü topu qonaqların qapısından keçirib - 3:1.


22:22
"Qarabağ"- "Lex" maçında Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib.

14-cü dəqiqədə Kadi Borges hesabı bərabərləşdirir - 1:1


20:01

Bakıda "Qarabağ" və Polşanın "Lex" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda erkən qol vurulub.

AzVision.az-ın məlumatına görə, qonaqlar 20-ci saniyədə hesabı açıblar. Poznan təmsilçisindən Kristoffer Velde fərqlənib.

19:14

Bakıda UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Qarabağ" və Polşa "Lex"inin start heyətləri açıqlanıb.

AzVision.az -ın Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaq:

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Baş məşqçi: Qurban Qurbanov

"Lex": 1. Artur Rudko, 2. Joel Pereyra, 5. Pedro Reboşu, 6. Yesper Karlström, 9. Mikael İshak, 16. Antonio Miliç, 21. Mixal Skuras, 22. Radoslav Muravski, 23. Kristoffer Velde, 24. Joao Amaral, 37. Lubomir Şatka

Ehtiyat oyunçular: 31. Kşiştof Bakovski, 35. Filip Bednarek,11. Filip Marçvinski, 14. Georgi Tsitaişvili, 17. Filip Şimçak, 20. Maksimilian Pinqot, 30. Nika Kvekveskiri, 44. Alyan Çervinski, 90. Artur Sobeh

Baş məşqçi: Con van den Brom

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Poznandakı ilk matçda "Qarabağ" minimal hesabla uduzub - 0:1.

AzVision.az



Teqlər:





Xəbər lenti