ABŞ Kiyevə yeni yardım paketini açıqladı

ABŞ Kiyevə yeni yardım paketini açıqladı
  12 İyul 2022    Oxunub:326
ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Xəzinədarlıq Departamenti ilə koordinasiyada Ukrayna hökumətinə, xüsusilə də Dünya Bankı vasitəsilə səhiyyə işçilərinin maaşlarının ödənilməsi üçün büdcə yardımı edəcək.
AzVision.az
xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda USAID açıqlama yayıb.

Açıqlamada, “ABŞ Prezidenti Co Baydenin Ukrayna Prezidenti Volodimir Zelenskiyə büdcə yardımı vədi çərçivəsində USAID, ABŞ Maliyyə Nazirliyi ilə koordinasiyada Ukrayna hökumətinə əlavə 1,7 milyard dollarlıq büdcə yardımı ayırıb” qeyd olunub.

Bildirilib ki, USAİD indiyədək Ukrayna hökumətinə 4 milyard dollarlıq birbaşa büdcə yardımı edib.

AzVision.az

Teqlər: ABŞ   Ukrayna  







Xəbər lenti