Rusiyanın Ukraynadakı itkiləri

   Rusiyanın Ukraynadakı itkiləri
  13 İyul 2022    Oxunub:1193
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 37 570-ə yaxın canlı qüvvəsini itirib. Bundan başqa, Rusiyanın 1 649 ədəd tankı, 3 832 ədəd zirehli döyüş maşını, 839 ədəd artilleriya sistemi, 247 ədəd reaktiv yaylım atəşi sistemi, 109 hava hücumundan müdafiə sistemi, 217 ədəd hərbi təyyarəsi, 188 ədəd helikopteri, 155 qanadlı raketi, 2 704 ədəd nəqliyyat vasitəsi və avtoçən, 15 ədəd gəmi-kateri, 678 ədəd dronu və 67 ədəd xüsusi texnikası məhv edilib.

AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti