Rusiya aktivlərlə bağlı Londona xəbərdarlıq etdi

   Rusiya aktivlərlə bağlı    Londona xəbərdarlıq etdi
  13 İyul 2022    Oxunub:926
“Londonun Rusiya hüquqi və fiziki şəxslərinin aktivlərinin müsadirə edilməsi ilə bağlı hipotetik qərarı intihara səbəb olacaq”.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq departamentinin direktoru Dmitri Biriçevski bildirib. Diplomatın sözlərinə görə, Britaniya hakimiyyəti reallıqla əlaqəni itirib:

“Əlbəttə, biz Londondan bu mövzuda bəyanatları da diqqətlə izləyirik. Təəssüf ki, Rusiyanın Ukraynada hərbi əməliyyatının ilk günlərindən Britaniya rəsmilərinin ağzından belə ritorika eşidilir. Ümid etmək qalır ki, sonda Britaniya elitaları arasında özünüqoruma hissi yenə də rusofob instinktlərdən üstün olacaq”, o vurğulayıb.

AzVision.az



Teqlər: Rusiya  





Xəbər lenti