ABŞ-ın raket esminesi Çin sularında

ABŞ-ın raket esminesi Çin sularında
  13 İyul 2022    Oxunub:316
ABŞ esminesi Sişa arxipelaqı (Parasel adaları) yaxınlığında Çin ərazi sularına qanunsuz daxil olub. Bununla bağlı Çin Müdafiə Nazirliyi məlumat yayıb.
Çin Xalq Azadlıq Ordusunun (XAO) Cənub Bölgəsi Döyüş Komandanlığının sözçüsü Tyan Szyunlinin bəyanatına əsasən, ABŞ-ın hərəkətləri Çinin suverenliyini və təhlükəsizliyini ciddi şəkildə pozur, regionda sülh və sabitliyə ziyan vurur.

“İyulun 13-də Amerikanın “Benfold” raket esminesi Çin hökumətindən müvafiq icazə almadan Çinin Sişa arxipelaqının ərazi sularına qeyri-qanuni daxil olub”, - deyə “WeChat” messengerində yerləşdirilən bəyanatda qeyd edilir.

AzVision.az

Teqlər: ABŞ  







Xəbər lenti