“YAŞAT” şəhid və qazilərə 62 milyon manatdan çox vəsait xərcləyib

   “YAŞAT” şəhid və qazilərə    62 milyon manatdan çox    vəsait xərcləyib
  13 İyul 2022    Oxunub:375
İndiyədək Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) 73 milyon 956 min 879 manat 61 qəpik vəsait toplanıb. Həmin vəsaitin 23 milyon 479 min 846 manat 2 qəpiyi fiziki şəxslər, 50 milyon 477 min 33 manat 59 qəpiyi isə hüquqi şəxslər tərəfindən ödənilib. Xərclənən vəsait 62 milyon 597 min 613 manat 17 qəpik, qalıq məbləğ isə 11 milyon 359 min 266 manat 44 qəpikdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkə ərazisində 2 min 927 şəhidin ailə üzvləri, habelə 5 min 650 yaralı olmaqla ümumilikdə 17 min 15 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb və 12 min 652 şəxsin 27 min 232 müraciəti icra üçün öhdəliyə götürülüb. Reallaşmış ödəniş sayı 22 min 454-dür.

Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 37 milyon 378 min 900 manat, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri 558 min 46 manat 40 qəpik, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması 6 milyon 378 min 921 manat 46 qəpik, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsinə 18 milyon 281 min 745 manat 31 qəpik vəsait xərclənib.

Qeyd edək ki, “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılıb.

Teqlər: Qazi   Şəhid  







Xəbər lenti