Yunanıstanda yanğınsöndürən helikopter qəzaya uğrayıb

Yunanıstanda yanğınsöndürən helikopter qəzaya uğrayıb
  13 İyul 2022    Oxunub:835
Yunanıstanın Samos adasında Mi-8 yanğınsöndürən helikopteri qəzaya uğrayıb.
AzVision.az xəbər verir ki, bu barədə "Proto Thema" qəzeti məlumat yayıb.

Adada meşə yanğınının söndürülməsinə cəlb olunan helikopter Agios Minas bölgəsində qəzaya uğrayıb. Helikopterdə bir yunan və iki əcnəbi olub. Onlar itkin düşmüş hesab olunurlar.

Quruda və havadan axtarış-xilasetmə əməliyyatına başlanılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti