Türkiyənin Muğla əyalətinin Datça rayonunda meşə yanğınları davam edir.
Bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter səhifəsində bildirib. Onun sözlərinə görə, indiyədək yanğından 19 nəfər xəsarət alıb və 9 nəfərin müalicəsi isə davam edir. Nazir əlavə edib ki, yanğın baş verən ərazilərdə 84 tibbi işçisi, 18 təcili tibbi yardım maşını, bir mobil avtomobil yanğın baş verən ərazidə fəaliyyət göstərir. Məlumata görə, hadisə yerinə 5 təyyarə və 12 helikopter cəlb olunub.