"Azərsu"nun 50 sayğacını oğurladı

"Azərsu"nun 50 sayğacını oğurladı
  14 İyul 2022    Oxunub:383
"Azərsu" ASC-nin Abşeron Sukanal idarəsinin binasından su sayğacları oğurlanıb.
Daxili İşlər Nazirliyindən AzVision.az -a bildirilib ki, Abşeron Rayon Polis İdarəsinə iyulun 7-nə keçən gecə Xırdalan şəhəri ərazisində yerləşən Abşeron Sukanal idarəsinin binasından 50 ədəd su sayğacının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Xırdalan şəhər sakini N.Quliyev və Tərtər rayon sakini T.Əlizadə müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

AzVision.az

Teqlər:







Xəbər lenti